Çində mağazada baxış vasitəsilə alış-veriş etmək mümkün olacaq

Alıcılar eynəyi əl və gözlərin hərəkəti ilə idarə edə biləcək.

1029966
Çində mağazada baxış vasitəsilə alış-veriş etmək mümkün olacaq

Çində "Taobao" internet mağazası "Microsoft HoloLens" ilə birgə "Taobao MT Buy" adlı əlavə reallıq eynəyinin köməyilə alış-veriş etməyə imkan verəcək.

Məlumata görə, eynək cari ilin sentyabrında satışa çıxarılacaq. Alıcılar eynəyi əl və gözlərin hərəkəti ilə idarə edə biləcək. Bundan başqa, eynək məhsulun mövcudluğunu və qiymətini, həmçinin mümkün çatışmazlığı və rəyləri göstərəcək.

 

 

Mənbə:AZƏRTAC



Әlaqәli Xәbәrlәr