Faeton planetimizin lap yanından keçəcək

“Meteor yağışlarının kralı” kimi tanınan Qeminid yağışı da həmin günlərdə adi gözlə görünə biləcək.

850316
Faeton planetimizin lap yanından keçəcək

  Nəhəng asteroid Faeton (Phaethon) 17 dekabrda planetimizin lap yanından - Yer kürəsinə 10 milyon kilometr məsafədən keçəcək.

  Nəhəng asteroid planetimizə yaxınlaşması ilə Qeminid (Geminid) meteor yağışı da müşayiət ediləcək. “Meteor yağışlarının kralı” hesab edilən Qeminid (Əkizlər) yağışı 13-14 dekabr tarixlərində adi gözlə də görünə biləcək.

  Alimlərin fikrinə görə, Faeton əvvəllər çox böyükmüş, amma dəfələrlə günəşə yaxınlaşması üzündən parçalanaraq ilk ölçüsündən kiçik olub. 

  Astronomlar asteroidin Yer kürəsi üçün heç bir təhdid yaratmayacağını bildiriblər.



Әlaqәli Xәbәrlәr