"Facebook" istifadəçilərinin sayı 1,37 milyarda çatıb

"Facebook" sosial şəbəkəsinin istifadəçi sayı və əsas maliyyə göstəriciləri artmaqda davam edir.

841856
"Facebook" istifadəçilərinin sayı 1,37 milyarda çatıb

  "Facebook" istifadəçilərinin sayının 1,37 milyarda çatdığı açıqlandı. Bununla əlaqəli olaraq şirkətin cari ilin üçüncü rübü üçün maliyyə hesabatında yer tutan məlumatda bildirilib.Qeyd olunur ki, il ərzində aktiv "Facebook" istifadəçilərinin aylıq auditoriyasının sayında 16 faiz artım olub. Hal-hazırda dünya üzrə 2,07 milyarda yaxın insan bu sosial şəbəkədən istifadə edir. Aktiv istifadəçilərin sayı isə 16 faiz artaraq 1,37 milyarda çatıb.
 
Hesabatda bildirilir ki, cari ilin üçüncü rübündə sosial şəbəkənin mədaxili 10,3 milyard dollar təşkil edib. Bu, gəlirin 7 milyarda bərabər olduğu ötən ilin göstəricisini təxminən 1,5 dəfə üstələyib.
 



Әlaqәli Xәbәrlәr