Alimlər qanın quru əvəzləyicisini hazırlayıblar

Rusiyanın Kaluqa vilayətinin alimləri çoxlu qan itirən insan orqanizminə kömək etmək üçün PAM-3 preparatını işləyib hazırlayıblar.

720656
Alimlər qanın quru əvəzləyicisini hazırlayıblar

Qanın quru əvəzləyicisindən döyüş şəraitində yaralanmalar və ya fövqəladə hadisələr zamanı istifadə oluna bilər. Kaluqa vilayətinin Səhiyyə Nazirliyinin saytında yayılan məlumata görə, xüsusi saxlanma şəraiti tələb etməyən preparat istənilən qrup və rezus-faktorlu donor qanının eritrositlərini tam əvəzləyir.

Qeyd edək ki,  preparat klinik sınaqlardan əvvəl sağlam könüllülər üzərində tətbiq edilib. Preparatın orqanizm tərəfindən qəbul edilib-edilməməsi və onun farmakokinetik xassələri öyrənilib, həmçinin təhlükəsiz olması təsdiqlənib.

PAM-3 müxtəlif həlledicilərlə, standart elektrolitlərlə uyğunlaşır. Lazım gəldikdə həkim onun doza və qatılığını dəyişə bilir. Preparat qanköçürmə zamanı infeksion xəstəliklərə yoluxmaq riskini aradan qaldırır.

 

Mənbə:AZƏRTAC



Әlaqәli Xәbәrlәr