İngiltərə tədqiqatçıları uşaqların “təhlükəli” internetdən qorunması yollarını müəyyənləşdirdilər

Valideynlər uşaqlarda internetdən asılılığın yaranmasına görə narahatdırlar. Lakin bununla belə, onların əksəriyyəti uşaqlarının virtual reallıqdakı həyatından indiyədək xəbərsizdirlər.

664213
İngiltərə tədqiqatçıları uşaqların “təhlükəli” internetdən qorunması yollarını müəyyənləşdirdilər

İngiltərə ekspertləri valideynlərə uşaqları internet mühitindəki təhlükələrdən qorumaq üçün sadə məsləhətlər veriblər:

Valideynlər ailə ilə şam yeməyi və ya ünsiyyət zamanı smartfon və sosial şəbəkələrdən istifadəni məhdudlaşdırmaqla müsbət nümunə göstərməlidirlər.

Uşaqla internetdə təhlükəsizlik mövzusunda tez-tez söhbət etmək vacibdir. Məsələn, izah etmək olar ki, yad insanlar tərəfindən göndərilən elektron məktubları açmaq lazım deyil.

Sosial şəbəkələrdə saxta profillərin olduğu ilə bağlı xəbərdarlıq etmək və uşağı yad insanlardan gələn “dostlara əlavə et” sorğularını qəbul etməməyə inandırmaq lazımdır.

Kompüterləri idarə etməyə imkan verən müvafiq antivirus proqram təminatını quraşdırmaqla evdə internet şəbəkəsini nəzarət altına almaq zəruridir.

Bu məsləhətlər Böyük Britaniyada min valideyn arasında aparılan sorğudan sonra dərc edilib. Sorğu nəticəsində məlum olub ki, onların 40 faizi uşaqlarının internetdəki həyatından xəbərdardır. Valideynlərin 29 faizi məsələyə laqeydlik nümayiş etdirib. Onların üçdəbiri isə uşaqları internetdəki təhlükələrdən qorumaq üçün daha sadə üsul meydana çıxarsa, uşaqlarının online fəaliyyətinə nəzarət etməyə hazır olduqlarını bildiriblər.

Valideynlərin 42 faizi internetdən istifadəni yalnız yatan zaman məhdudlaşdırmağa hazırdır. Onların 28 faizi təhlükəsizlik qaydalarına tam riayət edildikdə internetdən istifadəyə icazə verirlər.



Әlaqәli Xәbәrlәr