Texnologiya nəhəngi “Apple” “İPhone” smartfonunu təqdim etdi

Yeni qurğuda qulaqlıqlar yoxdur.

567468
Texnologiya nəhəngi “Apple” “İPhone” smartfonunu təqdim etdi

“Apple” korporasiyası San-Fransiskoda keçirilmiş təqdimat çərçivəsində “iPhone 7” və “iPhone 7 Plus” smartfonlarını təqdim edib.

Anadolu xəbər agentliyinin məlumatına əsasən, “iPhone 7” 12 meqapiksellik kamera ilə təchiz edilib və təsvirin optik sabitləşməsi seçimi var. Yeddi meqapiksellik ön kamera “HD” formatında şəkillər çəkəcək. Bundan başqa, 10 qat optik zuma malikdir. Ayrıca Yeni “iPhone” smartfonları su və toz keçirməzdir. Mobil telefonda “Home” düyməsindən də imtina edilib. “iPhone” smartfonları stereodinamiklərlə təchiz edilib.

Yeni qurğuda qulaqlıqlar yoxdur

Yeni qurğuda həmçinin qulaqlıqlar üçün audio konnektor yoxdur, “Lightning” portla əvəz edilib. “iPhone 7” və “iPhone 7 Plus” smartfonları dördnüvəli 64 bitlik “A10 Fusion” prosessoru ilə təchiz edilib. Yeni prosessor əvvəlkindən 40 faiz, birincidən isə 120 dəfə sürətlidir. “iPhone 7” dünyada ən sürətli smartfondur.

İlk dəfə ən uzunmüddətli işləyən batareya ilə təchiz edilib

Aparatın qrafikası “iPhone 6” ilə müqayisədə 3 dəfə, “6s” ilə müqayisədə isə 50 faiz sürətləndirilib. “iPhone” smartfonları tarixində ilk dəfə ən uzunmüddətli işləyən batareya ilə təchiz edilib.

Sentyabrın 16-dan satışa çıxarılacaq “iPhone 7” modelinin başlanğıc qiyməti 649 dollar, “iPhone 7 Plus”da isə 769 dollardır.



Әlaqәli Xәbәrlәr