Fransız ordusunda “Pokemon Go” oyunu

Fransada ordunun təhlükəsizlik riskinə görə ölkədəki hərbi obyektlərdə “Pokeman Go” oyununa qadağa qoymaq istədiyi bildirilib.

562952
Fransız ordusunda “Pokemon Go” oyunu

Fransada ordunun təhlükəsizlik riskinə görə ölkədəki hərbi obyektlərdə “Pokeman Go” oyununa qadağa qoymaq istədiyi bildirilib.

“Le Canard Enchaine” qəzetinin Müdafiə Nazirliyinin mənbələrinə əsaslandıraraq yazdığı xəbərdə bildirilib ki, Fransız ordusu məsulları hərbi təsislərdə mobil telefonu oyunu “Pokemon Go”ya qadağa qoymağı planlaşdırır. “Pokemon Go” oyununa məxsus virtual xarakterlər müdafiə nazirliyinin binaları və hərbi obyektlərin  yerləşdiyi “həssas” bölgələrdə aşkarlanıb.

Nazirliyin qeydiyyat məlumatında həmçinin “mənfi niyyətli insanların müxtəlif hücum planı hazırlanan hərbi təsislərə son aylarda müxtəlif vasitələrlə sızmağa cəhd göstərdiyi” vurğulanıb.

Qeyd edək ki, ABŞ, Tailand və İndoneziya ordusu, "Pokemon Go" oyununun səbəb ola biləcəyi kəşfiyyat zəifliyi və təhlükəsizlik riski səbəbindən oyuna qarşı qadağa qərarı almışdı.



Әlaqәli Xәbәrlәr