Dünyanın ən ucuz smartfonu

Cihaz 251 rupi və ya 4 dollara satılacaq.

520149
Dünyanın ən ucuz smartfonu

İyunun 30-u Hindistanın “Ringing Bells” şirkəti tərəfindən istehsal olunmuş dünyanın ən ucuz smartfonu – Freedom251 satışa çıxarılacaq. Cihaz 251 rupi və ya 4 dollara satılacaq. Smartfon məhdud tirajla çıxacaq. Çox aşağı qiymətinə baxmayaraq, “Freedom 251”in xüsusiyyətləri büdcəli smartfonlara tam uyğun gəlir.

Smartfonun ekranı: 4

düym Prosessor: 4nüvəli, 1,3 GHz

Operativ yaddaş: 1 GB

Daxili yaddaş: 8 GB

İkili Simkart 3G dəstəkləmə

İki kamera: 8 Mp və 3,2 Mp

Akkumulyatorun həcmi: 1800 mAh

Əməliyyat sistemi: Android 5.1 Lollipop

Qeyd olunur ki, “Freedom 251” Hindistan hökümətinin dəstəyi ilə hazırlanıb. «Ringing Bells»in rəhbəri Moxita Qoelin sözlərinə görə, şirkət zərərə işləyir – cihazın maya dəyəri satış qiymətindən 2 dollar yüksəkdir. «Biz zərərə işləyirik, lakin mən çox xoşbəxtəm ki, «Rəqəmsal Hindistan» və «Hindistanda istehsal olunub» proqramlarının tərkib hissəsi olan kasıb və kənd Hindistanı internetlə əlaqələndirməklə bağlı a «Freedom 251»lə çatdım».



Әlaqәli Xәbәrlәr