İngilis alimləri leykemiyaya səbəb olan genlərin xəritəsini hazırladılar

İngiltərədə  elm adamları leykemiyaya (qan xərçəngi) səbəb olan genlərin hərtərəfli xəritəsini hazırladılar.

508174
İngilis alimləri leykemiyaya səbəb olan genlərin  xəritəsini hazırladılar
lösemi.jpg

 

 İndiyə qədər hazırlananlar içində ən detallı və əhatəli olan xəritə hər xəstə üçün özünəməxsus müalicənin seçilməsini təmin edəcək.
 Cambridgeshiredəki Sanger İnstitutunun tədqiqatçıları bu xəritəylə hər biri üçün fərqli müalicə tələb olunan 11 nöqtəni müəyyən etdilər.
 Bu kəşf sayəsində, ağıllı dərmanlar istifadə edilərək həkimlərin nöqtə atışı müalicə üsulları tətbiqinin da önü açıldı.
 Xəritə sayəsində minlərlə leykemiya xəstəsinin genlərinə baxılaraq müalicə ehtiyacı olmadığı qənaətinə gəlindiyində, kimyəvi terapiya tətbiq olunmayacaq.
 Həkimlər də "fərdiləşdirilmiş" dərmanlarla xəstənin ehtiyacına görə xüsusi müalicə üsulları tətbiq edəcəklər.
 Tədqiqat qrupunun rəhbəri Peter Campbell bu kəşf sayəsində xəstələrin daha asan və sürətlə təsnif edilərək, vaxt itirmədən müalicələrinə başlanacağına diqqət çəkdi.
 İndiyədək bu sahədə aparılan ən böyük tədqiqat olan araşdırmada 1540 xəstədən qan  və sümük iliyi nümunələri götürülmüşdür.
 Bu yeni ixtira digər xərçəng növləri üçün də adekvat bir müalicə tətbiq edilməsi nöqteyi-nəzərindən əhəmiyyət daşıyır.
 İlin  sonunda bitməsi planlaşdırılan tədqiqatda məmə xərçəngi üçün də gen xəritəsi yaradılması planlaşdırılır.
 Kəşfi dəyərləndirən həkimlər, "fərdiləşdirilmiş" müalicənin kimyəvi terapiyadan sonra xərçəngin müalicəsi ilə bağlı ən həyəcanverici irəliləyiş olduğuna diqqət çəkdilər.
 Ötən həftə Amerika Birləşmiş Ştatlarında aparılan bir tədqiqatda da "fərdiləşdirilmiş" müalicənin ənənəvi müalicə üsullarına görə 6 dəfə daha effektiv olduğu və xəstəyə 2 dəfədən çox yaşama imkanı verdiyi aşkar edilib.



Әlaqәli Xәbәrlәr