Yenilənə bilən enerji

Türkiyə 2023-cü ilə qədər enerji ehtiyacının 30 faizini külək və günəş kimi yenilənə bilən qaynaqlardan təmin etməyi planlaşdırır.

467259
Yenilənə bilən enerji

Türkiyə 2023-cü ilə qədər enerji ehtiyacının 30 faizini külək və günəş kimi yenilənə bilən qaynaqlardan təmin etməyi planlaşdırır.

Çünki neft və təbii qaz başda olmaqla enerji idxalı üçün Türkiyə ildə 50 milyard dollar pul xərcləyir.

Yenilənə bilən Enerji idarəsinin rəhbəri Münib Karakılıç İstanbulda təşkil olunan 9-cu Beynəlxalq Günəş Enerjisi və Texnologiyaları sərgisində çıxış edərək bildirib ki, enerjinin 90 faizini xaricdən təmin edən Türkiyənin külək və günəş kimi alternativ enerji qaynaqlarına çox ehtiyacı var.

Karakılıç qeyd edib ki, külək enerjisi stansiyalarında 20.000 megavatt, geotermal stansiyalarda 1000 meqavatt, biokütlə və günəş stansiyalarında 5.000 meqavatt hazır gücü təmin edib və eyni zamanda istehsal olunacaq enerjinin də ən az 30 faizini yenilənə bilən enerjidən əldə etməyi planlaşdırırıq.

Karakılıç bildirib ki, Türkiyə illik 73.800 meqavatt elektrik istehsal gücünə malikdir. Türkiyənin külək və günəş enerjisindəki tutumu əgər güclü sərmaye qoyularaq tam istifadə olunsa 50.000 meqavatta gücə çatacaq.



Әlaqәli Xәbәrlәr