Nüvə stansiyasının altına buzdan divar

Fukuşima Nüvə Stansiyası ətrafına yer altında buzdan bir baryer yerləşdirməyə hazırlaşır

461452
Nüvə stansiyasının altına buzdan divar

Yaponiya 5 il əvvəlki zəlzələ və sunami fəlakətində ağır ziyan görən Fukuşima Nüvə Stansiyası ətrafına yer altında buzdan bir baryer yerləşdirməyə hazırlaşır.

Səlahiyyətlilər tikintisi keçən ay tamamlanan dondurucu qurğunun dövrəyə girməsinə icazə veriblər.

Təxminən 312 milyon dollara başa gələn qurğu nüvə stansiyasının ətrafındakı torpağı donduracaq borular və radioaktiv su turbinlərini əhatə edir. Dondurma əməliyyatı tamamlandığı zaman reaktor ətrafında, yer altında 1,5 kilometr uzunluğunda buzdan divar meydana gələcək. Beləcə, reaktor sızan radioaktiv suyun yayılmasının qarşısını almış olacaq.

Xatırladaq ki, Yaponiyanın şimal-şərqində 11 mart 2011-ci ildə meydana gələn 9 gücündə zəlzələ və sonra sunami Fukuşima Nüvə Stansiyasınında radioaktiv sızıntıya yol açaraq Çernobildən 25 il sonra dünyanın ən böyük ikinci nüvə fəlakətinə səbəb olmuşdu. İndiyə qədər stansiya yaxınlığında olan doqquz yaşayış məskəni qapalıdır.



Әlaqәli Xәbәrlәr