Qarışqa kimi işləyə bilən robotlar!

Stanford Universitetinin mütəxəssisləri öz ağırlığının min qatını daşıya bilən mikro robot ixtira ediblər.

460195
Qarışqa kimi işləyə bilən robotlar!

Stanford Universitetinin BioBənzətmə və Bacarıq İdarəsi Labarotoriyası, qarışqaların hərəkət sistemindən faydalanaraq nəhəng obyetklər daşıya bilən mikro robotlar ixtira ediblər. Hər biri 1000 qram olan 6 mikro robot, aparılan tədqiqatlar zamanı 2 tonluq bir avtomobili çəkərək böyük bir uğura imza atıblar.

Hamımız bilirik ki, qarışqalar çox zəhmətkeş heyvanlardır. Qarışqalar həddindən çox işləyərək özlərindən qat qat ağır yüklər daşıyırlar. Bu ağır işləri görə bilmək üçün qarışqalar adətən sürü halında işləyirlər. Stanford Universitetinin mütəxəssisləri də bu xüsusiyyətlərdən yola çıxaraq mikro robot layihəsinə imza atıblar.

Tədqiqatlar mikro robotların sinxron hərəkət etməsi nəznində aparılırdı lakin bu robotlar var gücü ilə hər hansı bir cismi tək yönə çəkə bilmirdilər. Qarışqaların bu hərəkəti yerinə yetirmək üçün ayaqlarını bərabər hərəkət etdirdiyini müşahidə edən mütəxəssislər eyni üsulu mikro robotlarda yoxlayıblar. Robotlar bütün gücü ilə deyil eyni vaxtda hərəkət etdirilərək daha çox qüvvə əldə edib və bir avtomobili çəkməyə nail olublar.

Sinxron hərəkət etmək üçün xeyli yavaş işləyən mikro robotlar gec hərəkət etsə də hər hansı bir robotun edə bilmədiyini edərək öz ağırlığının 10 qatını daşıya biliblər. Bu güc 6 insanın 1 Eyfel Qülləsi və 3 Azadlıq Heykəli çəkməsinə bərabərdir.



Әlaqәli Xәbәrlәr