“Google” şirkətinin sürücüsüz avtomobili qəza törədib!

"Google" şirkətinin uzun bir vaxtdır test yürüşü etdiyi avtomobili ilk qəzasını törədərək yük maşını ilə toqquşub.

445785
“Google” şirkətinin sürücüsüz avtomobili qəza törədib!

Test yürüşləri davam edən avtomobildən bu dəfə pis xəbər gəlib. Uzun zamandır maşın yollarında yoxlanılan avtomobil ilk qəzasını yük maşını ilə toqquşaraq törədib. Əslində bu avtomobilin ilk qəzası deyil. Əvvəllər də qəzaya uğrayan avtomobil bu dəfə qəzaya özü səbəb olub. Saatda 3 kilometr sürətlə hərəkət edən avtomobil qarşıdan 24 kilometr sürətlə gələn yük maşınının önünə çıxaraq qəza törədib. Avtomobili uzaqdan idarə edən mütəxəssis qarşıdan gələn yük maşınının duracağını düşünərək “Google avtomobili”ni dayandırmayıb. Bu da iki avtomobilin toqquşmasına səbəb olub.

Bu günə qədər Böyük Britaniya yollarında 1.609.344 kilometr yol qət edən sürücüsüz avtomobil ciddi olmayan qəzalarla qarşılaşıb. Bu qəzalarda günah qarşı tərəfin sürücülərində olub. Baş verən bu son hadisədə isə günah “Google” şirkətinin sürücüsüz avtomobilində olub. Sürücüsüz avtomobil layihəsinin mütəxəssisləri qeyd edib ki, Bu qəza ciddiyə alınacaq bir şey deyil, sürücüsüz uzaqdan idarə olunan sistemlərdə belə xətalar ola bilər. Biz bu layihə ilə gələcək üçün böyük işlər görürük. Bir qəza bizim layihəmizə əngəl törədə bilməz.



Әlaqәli Xәbәrlәr