Yeməyi gözübağlı yemək arıqlamağa kömək edir

Almaniyanın Konstanz Universitetinin alimləri araşdırma aparıb.

438636
Yeməyi gözübağlı yemək arıqlamağa kömək edir

Almaniyanın Konstanz Universitetinin alimləri araşdırma apararaq gözübağlı insanın nə yediyini görənlərə nisbətən 10 faiz az yeyərək doyduqlarını təyin ediblər.

Araşdırmalara gözləri bağlı 50, gözləri açıq 40 adam qatılıb. Hamısına bir qab dondurma və yemələri üçün 15 dəqiqə vaxt verilib.

Dondurmanı görərək yeyənlər gözləri bağlı olanlardan təxminən onda bir dəfə çox yeyiblər. Alimlər müəyyən ediblər ki, gözlər bağlı olduğu zaman bədənin toxluq hissi artıq olur və insan doyduğunu hiss edə bilir.

Gözləri bağlı olan qrupdakılar dondurmanın dadını digər qrupdakılarla müqayisədə daha az seviblər. Çünki yeməyi görməmək həzmin ağızdakı mərhələsinə maneə törədir, ağızda sulanma meydana gətirmir, bu səbəbdən yeməyi udmaq çətinləşir.

Bənzər araşdırmalar yeməklərin görüntüsünün dadbilməyə böyük təsir etdiyini ortaya çıxarıb.



Әlaqәli Xәbәrlәr