Ana bǝtnindǝ musiqi zövqü

Hamiləlikdə Mozart ya da Beethoven  ana bǝtnindǝki körpəyə zövq verir

390443
Ana bǝtnindǝ musiqi zövqü

 Bir çox araşdırma ağlın genetik faktorlardan təsirləndiyini ortaya qoyub. Ancaq genetik      faktorlardan başqa kənar təsirlərin də rolu var.  Hamiləlikdə Mozart ya da Beethoven ana  bǝtnindǝki körpəyə zövq verir.

  Ana namizədlərinin çoxu uşağının musiqi zövqünü artırmaq üçün klassik musiqiyə qulaq asır. Bəs, bu həqiqətdirmi? Bu üsul hamilə qadının dincəlməsinə kömək edə bilər, lakin uşağın ağıllı olması üçün başqa üsullar da var.

Düzgün qidalanma, sağlamlıq vəziyyəti, hətta qadının duyğusal halı belə uşağın beyin inkişafına təsir edir. İspan araşdırmaçıların etdiyi bir araşdırmaya görə, ana qarınındakı döl musiqiyə ağızlarını açaraq və dillərini çıxararaq reaksiya verir.

Ana qarınındakı körpə 16 həftəlikkən eşitmə qabiliyyətini qazanır. Barcelonada aparılan araşdırmada, ananın bədəninə yerləşdirilən xüsusi bir alətlə musiqi dinlǝdilǝn  körpələrin yüzdə 87-si ağızlarını və dillərini hərəkət etdirir,  yarısı çənələrini geniş açaraq dillərini  uzağa uzadır, sanki söhbət bənzəri hərəkətlər edir.

Ananın bədəninin içinə yerləşdirilən alətlə dinlǝdilǝn musiqi, körpələrdə bu nəticələri çıxarır . Araşdırma üçün seçilən musiqi, sakit bir səviyyədə duyulan, Johann Sebastian Bax fleyta üçün bəstələdiyi bir əsərdir.

 

 

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr