Facebook istifadǝçilǝrinin gözlǝdiklǝri yenilik

Mark Zuckerberg yenilik barədə açıqlama verib.

350510
Facebook  istifadǝçilǝrinin gözlǝdiklǝri yenilik

Milyonlarla Facebook üzvünün sosial şəbəkədə paylaşımları üçün hazırlanan “bəyən” (like) düyməsinin yanına “bəyənmədim” düyməsi də əlavə olunacaq. Uzun zamandır gözlənilən yeniliyi açıqlayan Facebookun yaradıcısı və baş icraçı direktoru Mark Zuckerberg, bəzən “like” düyməsindən istifadənin xəbərə tam uyğun olmadığını bildirib. Məsələn şəhid xəbərini bəyənmək yerinə, artıq yeni düymədən istifadə edilərək sərt reaksiya verilə biləcək. İlkin olaraq testdən keçiriləcək olan yenilik daha sonra bütün istifadəçilərə təqdim olunacaq.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr