siçanlar üzərində təcrübə

Amerika Birləşmiş Ştatlarında Vaşinqton Universitetində siçanlar üzərində aparılan təcrübələr tibb dünyasında həyəcan yaradıb.

304767
siçanlar üzərində təcrübə

Təcrübələrdə siçanlar uzaqdan komanda ilə idarə edilir. Təcrübəyə əsasən siçanların beyninə insan saçından belə nazik incə bir cərrahi mil yerləşdirilib. Siçanların başlarına da batareya və dərman mühafizə ehtiva edən bir cihaz quraşdırılıb. Sistem həm beyin hüceyrələrindəki titrəşmələrə nəzarət edir, həm də siçanı hərəkətə keçirəcək dərmanı beynə göndərir. Dərmanın beyindəki əlaqədar hissəyə çatması ilə siçan getməyə çətinlik çəkir. Beləcə elm adamları istədikləri zaman siçanları uzaqdan idarə edə bilirlər. Üstəlik yerləşdirilən cihazın beyin toxumasına heç bir zərəri yoxdur. Elm adamları bu üsulla beyin hüceyrələrində problem olan iflic və hərəkət qabiliyyətini itirən xəstələrə yardım edə biləcəklərini düşünürlər.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr