İnternet istifadəçiləri "Google"da nə axtarır

"Xəbərlər" kateqoriyasında "seçim 2015", "MHP", "CHP", "AK Parti" ən çox axtarılan sözlər olub.

301658
İnternet istifadəçiləri "Google"da nə axtarır

Türkiyədəki internet istifadəçiləri, son 5 ayda  “Google”da  ən çox "Facebook", "Youtube" və "Google" kimi sözləri axtarıb. Google məlumatlarına görə, Türkiyə daxilində 2015-ci ilin ilk 5 ayında “Google”da edilən axtarışlarda ən çox axtarılan sözlər "survivor", "e okul veli", "tv8", "acunn", "hava durumu", "milli piyango" ve "dolar" olub.
Ölkə daxilində "Sağlamlıq" kateqoriyasında "Bursa" ilk sırada qərarlaşıb, daha sonra isə "SGK" və "randevu" sözləri yer tutub.
"Səyahət" kateqoriyasında isə "THY", "istanbul", "uçak bileti", ən çox axtarılan sözlər olub. Bu sahədə "Ütopya", "Aşk Sana Benzer" və "Barcelona" sözləri də yer tutub.
"Xəbərlər" kateqoriyasında isə "hava", "hava durumu" və "haber" "seçim 2015", "MHP", "CHP", "AK Parti", " seçim sonuçları " ən çox axtarılan sözlər olub.
"İdman" kateqoriyasında isə ən çox axtarılan sözlər, müvafiq olaraq, "liqa", "ligtv" və "Galatasaray", "Liverpool", "lig puan durumu”, "super liq puan", "puan" olub.
"İnternet" kateqoriyasında "Google", "Twitter", "Hotmail" və "Vodafone", "Daşınmaz əmlak" sahəsində isə " emlak vergisi ödeme", "vergi borcu ödəmə" olub.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr