TİKA-nın Әfqanıstanda türkcǝ kursu

Әfqanıstanda müxtǝlif layihǝlǝr hǝyata keçirǝn Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) ölkǝnin şimalında yerlǝşǝn Mǝzar-ı Şǝrif şǝhǝrindǝ türkcǝ kurs başladıb.

292948
TİKA-nın Әfqanıstanda türkcǝ kursu

Әfqanıstanda müxtǝlif layihǝlǝr hǝyata keçirǝn Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) ölkǝnin şimalında yerlǝşǝn Mǝzar-ı Şǝrif şǝhǝrindǝ türkcǝ kurs başladıb.
Sultan Raziyǝ qız liseyindǝ başladılan kursun açılış mǝrasiminǝ Belh şǝhǝri İqtisad müdiri Әbdürrǝhman Samadi, Tǝhsil üzrǝ müdir Mevlevi Әbdülǝziz Әziz, TİKA-nın Mǝzar-ı Şǝrif koordinatörü Kamal Kadir Karadoğan vǝ kursantlar qatılıb.
Müdir Әziz mǝrasimdǝ etdiyi çıxışda, Türkiyǝ dövlǝti vǝ xalqının Әfqanıstan xalqına kömǝklik göstǝrmǝk üçün ǝlindǝn gǝlǝni yerinǝ yetirdiyini söylǝyib.
TİKA-nın Mǝzar-ı Şǝrif koordinatörü Kamal Kadir Karadoğan da bir ölkǝnin inkişafının tǝhsildǝn asılı olduğunu, bu mǝqsǝdlǝ Türkiyǝnin TİKA vasitǝsilǝ Әfqanıstanda 90-a yaxın mǝktǝb tikdiyini vurğulayıb.
Karadoğan bildirib ki, 8500 ilǝ yaxın keçmişi olan türkcǝ eyni zamanda dünya dillǝri arasında ǝn qǝdim tarixǝ sahib bir dildir. Dünyada ǝn çox danışılan beşinci dil olan türkcǝ dünyadaki ǝn zǝngin dillǝrdǝn dǝ biridir.
Әfqanıstandakı kursantların türkcǝyǝ olan marağını gördüktǝn sonra kurs başlatma qǝrarına gǝldiklǝrini deyǝn Karadoğan kurs sayǝsindǝ 140 qız vǝ oğlan kursantın türkcǝ öyrǝnǝcǝyini, rǝğbǝtǝ görǝ kursların davam edǝcǝyini bildirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr