"Ebola"nın yayılmasını sürətləndirən zülal müəyyən olunub

Araşdırmanın nəticələri “Amerika mBio jurnalında” nəşr olunub.

295399
"Ebola"nın yayılmasını sürətləndirən zülal müəyyən olunub

Amerikalı alimlər Ebola virusunun yayılmasını sürətləndirən zülalı təyin ediblər.
New Yorkdakı Yeshiva Universitetinin alimlərinin siçanlar üzərində apardıqları araşdırmada məlum olub ki, virus immunitet hüceyrələrində olan Niemann-Pick C1 (NPC1) adlı zülala tutunmadan orqanizmə təsir edə bilmir.
Siçanların genlərini dəyişdirən mütəxəssislər, heyvanların Ebolaya müqavimət göstərdiyini müşahidə ediblər.
NPC1 zülalına hədəf alacaq bir antivirus üzərində işləyəcəklərini bildirən elm adamları, bununla “Ebola” ilə bərabər yayılması üçün NPC1 zülalına ehtiyacı olan daha bir “Marburg” virusunun da yayılmasının qarşısını ala biləcəklərini bildiriblər.
Araşdırmanın nəticələri, “Amerika mBio jurnalında” nəşr olunub.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr