Sağlamlığımızı nәlәr tәhdid edir?

Hәrәkәtsizlik, infeksiyasız xəstəliklərdən yayılma dərəcəsinə görə dördüncü ölüm səbəbi sayılır.

286884
Sağlamlığımızı nәlәr tәhdid edir?

Aparılan araşdırmalara görә, insanlar hər saatda bir dəfə iki dəqiqəlik dursaydılar, bu vəziyyəti dəyişdirərdi. Bu haqda The Sydney Morning Herald nəşri yazır.
Rəsmi tövsiyələrə əsasən, gündə minimum 30 dəqiqə fiziki iş görmək lazımdır və “hər saatda 2 dəqiqə” strategiyası bu göstəriciyə yaxınlaşmağa kömək edir. Bele nəticə 3243 könüllüyə akselerometrlər qoşub 3 il müşahidə etdikdən sonra əldə edilmişdi. Yuta Universitetinin və Kolorado Universitetinin tibb əməkdaşları təyin edibler ki, əgər insan bu iki dəqiqəni sadəcə ayaq üstə dayansaydı, onda heç bir fərq olmazdı, amma sürətli gəzinti, bağda təmizlik işləri və s. bu kimi fəaliyyətlər ölümün riskini 33% aşağı salır.
İdealda qeyd olunmuş fəaliyyətlərə həftədə 2,5 saat məşq də əlavə edilməlidir.
Bununla belə, oturaq vəziyyətdə keçən hər saat insanın ömründən 22 dəqiqə alır, bunun əksinə, fiziki fəaliyyətlə məşğul olduğu hər saat ömrünə 90 dəqiqə qatır. Bu məntiqəuyğundur çünki insan organizmi fəaliyyətdə olmaq üçün yaranıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr