Xoruldamaq təzyiqi daha da yüksəldir

Yuxu apnesi sendromu

259005
Xoruldamaq təzyiqi daha da yüksəldir

Xoruldamaq təzyiqi daha da yüksəldir

Xoruldama ilə birlikdə gələn yuxu apnesi sindromu yüksək təzyiqə zəmin yaratdığı kimi həm də sağlamlığa qarşı problemlər yaradır.

Mütəxəssislər xoruldama əsnasında nəfəsin 20-40 saniyə kəsildiyini və bu vəziyyətin yuxu apnesi sendromuna səbəb olduğunu deyirlər.

Memorial Kayseri Xəstəxanası Qulaq-Burun-Boğaz həkimi dr. Murat Qoç bildirib ki, “Keçmiş zamanlarda yuxu əsnasında nəfəs kəsilməsinin insana zərər vermədiyini deyirdilərsə, son illər aparılan araşdırmalar yuxu əsnasında tənəffüsün dayandığını, ani oyanmanın isə qandakı oksigen miqdarını əhəmiyyətli dərəcədə azaltdığını müəyəyn ediblər”.

Ürək, beyin və digər orqanlara yetərli oksigen çata bilmədiyindən yuxu apne sindromuna tutulan xəstələrdə yüksək təzyiqə tez-tez rast gəlinir. Dr. Murat Qoç bu sindromun bədəndə yorğunluğa, halsızlığa və yuxusuzluğa səbəb olduğunu qeyd edir.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr