Gələcəyin yükdaşıma təyyarəsi

"Gələcəyin yükdaşıma təyyarəsi" adlanan və Türkiyənin də istehsal ortağı olan A400M Fransa hərbi yükdaşıma təyyarəsi ilk dünya turunu reallaşdırdı.

255992
Gələcəyin yükdaşıma təyyarəsi

  Fransa Müdafiə Nazirliyindən edilən yazılı şərhdə bildirilir: “Dünya turu üçün 19 fevral 2015-ci il tarixində səmaya qalxan A400M ümumi 11 dayanacaqdan ibarət uçuş yolunu 3 gün, 2 saat və 20 dəqiqəyə qət edib.

  Pilotsuz da uça bilən A400M təyyarəsi 37 ton yüklə 3 min, 10 ton yüklə isə 9 min kilometr məsafəyə çata bilir.

  A400M-lər normal yük təyyarələrinə görə daha çox yük daşıya bildiyi üçün strateji əhəmiyyəti çox böyükdür.

  Qeyd edək ki, Fransa, Almaniya, Belçika, İngiltərə və İspaniyanın iştirak etdiyi A400M proqramı 1985-ci ildə başlayıb, Türkiyə isə 1988-ci ildə bu layihəyə daxil olub.

  Türkiyə Hava Qüvvələri Komandanlığı layihə çərçivəsində ilk təyyarəsini 16 aprel 2014-cü ildə təslim alıb və 2018-ci ilə qədər 10 ədəd A400M almağı planlaşdırır.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr