Dünyanın taleyi buzlaqların ərimə sürətinə bağlıdır

Araşdırmalar Antarktikanın əriyən buzlaqlarının təhlükə siqnalı verdiyini söyləyir.

240684
Dünyanın taleyi buzlaqların ərimə sürətinə bağlıdır

  Hər il milyardlarla ton buzlağın əridiyinə diqqət çəkən mütəxəssislər bunun səbəbini son 50 ildə istiliyin 3 dərəcə artması ilə izah edirlər.

  “Antarktikada sürətlə əriyən buzlaqlar dünyanın xəritəsini dəyişə bilər” deyir mütəxəssislər.

  Amerika Kosmos və Havaçılıq Dairəsi NASA-nın peyk hesablamalarına görə, son dövrlər 130 milyard ton buz dənizə qarışıb.

  Qitə istiləndikcə okeanlar da istilənir. Mütəxəssislər artıq geri dönülməz bir nöqtədə olunduğunu tez-tez dilə gətirir. İqlim dəyişikliyinin Antartikadakı küləyin istiqamətini dəyişdirdiyi, isti suyun şimala, Qərbi Antarktika buzlağının altına yönəldiyi, bunun da əriməni sürətləndirdiyi bildirilir.

  Bu şərtlərdə okeanlar ildə 0,3 millimetrə qədər yüksəlir. Mütəxəssislər deyir ki, istiliyin qarşısı alınmazsa, dəniz səviyyəsi, ən pis halda, 100 ilə 3 metr olacaq.

  Bugünkü gedişlə New York və Çinin Guangzhou kimi məşhur sahil şəhərləri hər il 1 trilyon dollarlıq sel zərəriylə qarşı-qarşıya qalacaq, bir çox ada tamamilə su ilə örtüləcək.

  Mütəxəssislər dünyanın taleyini buzlaqların ərimə sürətinə bağlayır, buna görə iqlim dəyişikliyinin qarşısını ala biləcək addımların gecikmədən atılmasını diqqətə çatdırırlar.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr