Uqandada Marburg virusu

Paytaxt Kampalada Marburg virusuna yoluxan bir nəfər dünyasını dəyişib,

151016
Uqandada Marburg virusu

Paytaxt Kampalada Marburg virusuna yoluxan bir nəfər dünyasını dəyişib, 8 nəfər nəzarət altına alınıb. Marburg virusundan ölən xəstə ilə təmasda olan 97 nəfər də müşahidə altında saxlanılır. Parisin Sərhəd Tanımayan Həkimlər Təşkilatı və ABŞ-ın Epidemik Xəstəliklərin Qarşısının Alınması Mərkəzinin dəstəyi ilə Uqandanın Mengo Xəstəxanasının 103 səhiyyə işçisi virusa qarşı tədbirlər məqsədilə təhsil alır.
Uqanda hökuməti virusun yayılmasının qarşısını almaq üçün bütün tədbirlərin görüldüyünü bildirib. Xatırladaq ki, Uqandanın şimalındakı Kabale şəhərində iki il əvvəl adıçəkilən virus 6 nəfərin ölümünə səbəb olmuşdu.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr