Ebola virusu sürətlə yayılır

Qərbi Afrikada min 229 nəfərin ölümünə səbəb olan Ebola virusu sürətlə yayılır.

96914
Ebola virusu sürətlə yayılır

Qərbi Afrikada min 229 nəfərin ölümünə səbəb olan Ebola virusu sürətlə yayılır.

Liberyada, Ebola virusuna yoluxma şübhəsiylə karantinə alınanların olduğu mərkəzdən qaçan 17 nəfər tapılıb.
Xəstələr, yenidən karantinə alınaraq müalicələri davam etdirilir.

Virus Afrika xaricində də narahatlığa səbəb olub.

Almaniyanın paytaxtı Berlində Ebola simptomları daşıyan bir qadın xəstəxanaya yerləşdirilib.

Afrika ölkələrindən Xorvatiyaya səyahət edən 18 nəfərin tədbir məqsədiylə üç həftə ərzində müşahidə altında tutulacağı bildirilir.

Ən ölümcül xəstəlik kimi xarakterizə edilən Ebola virusundan, Qərbi Afrikada son dörd ayda min 229 nəfər həyatını itirib.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr