Qvineyada təcili vəziyyət elan edilib

Qvineya prezidenti Alpha Conde, Dünya Sağlamlıq Təşkilatının tövsiyəsini nәzәrә alaraq ölkədə fövqəladə vəziyyət elan edildiyini açıqlayıb.

90716
Qvineyada təcili vəziyyət elan edilib

Qvineya prezidenti Alpha Conde, Dünya Sağlamlıq Təşkilatının tövsiyəsini nәzәrә alaraq ölkədə fövqəladə vəziyyət elan edildiyini açıqlayıb.
Qərbi Afrikada Ebola epidemiyasının yayıldığı 4 ölkədən biri olan Qvineya, keçən həftə fövqəladə vəziyyət elan edən Liberiya, Sierra Leone və Nigeriyadan sonra Dünya Səhiyyə Təşkilatının çağırışına əməl edən son ölkə oldu. Liberiya və Sierra Leone virusun yayıldığına görə bəzi bölgələri karantin altına alan ilk ölkələr idi.
Ebola virusunu araşdıran elm adamları epidemiyanın çıxış nöqtəsinin Qvineya olduğunu açıqlamışdı. Virusun ilk qurbanı - 2 yaşlı uşağın 6 dekabr, 2013-cü ildə Sierra Leone və Liberiya sərhədindəki Gueckedou qəsəbəsində öldüyü bildirilmişdi.
Dünya Sağlamlıq Təçkilatı Ebola epidemiyasında ölənlərin sayının 1069-a çatdığını bildirib.
Təşkilat, hər hansı müalicə üsulu və peyvəndi olmayan Ebola epidemiyasıyla mübarizə üçün vurusun yayıldığı bütün ölkələrin liderlərini fövqəladə vəziyyət elan etməyə çağırıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr