Döş xərçəngi riskini artıran daha bir gen aşkarlandırılıb

8 ölkədən 14 alim tәrәfindәn birgә aparılan araşdırma nәticәsindә PALB2 gen dәyişiminә sahib kəslərin məmə xərçənginə düçar olma riskinin daha çox olduğu müәyyәnlәşdirilib

172946
Döş xərçəngi riskini artıran daha bir gen aşkarlandırılıb

Döş xərçəngi riskini artıran daha bir gen aşkarlandırılıb.
Alimlәr, bir gendəki mutasiyanın xərçəng riskini artıra biləcəyini aşkarlandırıblar.
8 ölkədən 14 alim tәrәfindәn birgә aparılan araşdırma nәticәsindә PALB2 gen dәyişiminә sahib kəslərin məmə xərçənginə düçar olma riskinin daha çox olduğu müәyyәnlәşdirilib.

PALB2 genindә mutasiya müşahidә olunan 154 ailədən 362 nәfәrin analiz nәticәlәrini araşdıran alimlәr iştirakçılardan 311 qadın ilə 51 kişinin döş xərçənginə düçar olma riskinin çox olduğunu müәyyәnlәşdiriblәr.
Mutasiyaya sahib qadınlarda riskin 8-9, 40-60 yaşındakılarda 6-8, 60 yaşlılar da 5 dәfә daha çox olduğu aşkarlanıb.
Ailəsində süd vəzisi xərçəngi xəstəsi olmayan, ancaq mutasiyaya sahib 70 yaş üzərindəki qadınlarda riskin 33 faiz olduğunu ifadə edən alimlәr, ailəsində ən az 2 fərdin bu xəstəliyə düçar olduğu qadınlarda riskin 58 faizә yüksәldiyini qeyd edirlәr.
Daha əvvəl aparılan araşdırmalar nәticәsindә BRCA1 və BRCA2 genlərindəki mutasiyanın məmə xərçəngi xәstәliyinә düçar olma tәhlükәsini artırdığı ortaya qoyulmuşdu. Araşdırmanın nəticələri "New Journal of Medicineda" dәrc olmuşdu.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr