Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirləri Brüsseldə görüşəcək

Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirləri bu gün Belçikanın paytaxtı Brüsseldə bir araya gələcəklər.

2144363
Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirləri Brüsseldə görüşəcək

Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirləri bu gün Belçikanın paytaxtı Brüsseldə bir araya gələcəklər.
İclasda Fələstin və Ukrayna məsələlərinin müzakirə olunacağı bildirilib.
İspaniya, İrlandiya və Norveçin Fələstini tanımasından sonra keçirilən iclasda digər ölkələrin də eyni qərarı verib-verməyəcəyi böyük maraq doğurur.
Avropa İttifaqının təhlükəsizlik və xarici siyasət məsələləri üzrə ali nümayəndəsi Cozep Borrellin sədrliyi ilə keçiriləcək iclasda İsrailin Rəfahda törətdiyi qətliam da gündəmə gələcək.
Qeyd edək ki, Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirləri Səudiyyə Ərəbistanı, Misir, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri və Qətərin xarici işlər nazirləri ilə də görüşəcəklər.
Danışıqlar zamanı iki dövlət həllə dair məsləhətləşmələr aparılacaq.
İclasın Türkiyə vaxtı ilə səhər saat 9 radələrində başlaması gözlənilir.

 

 



Әlaqәli Xәbәrlәr