İsrail Qəzzada 32 fələstinlini də qətlə yetirdi

Bu barədə Qəzzadakı Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.

2155913
İsrail Qəzzada 32 fələstinlini də qətlə yetirdi

İsrail ordusunun 2023-cü il oktyabrın 7-dən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlar nəticəsində ölənlərin sayı 37 658 nəfərə yüksəlib.

Qəzzadakı Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin Qəzza zolağına 263 gündür təşkil etdiyi hücumlarla bağlı məlumat verilib.

Açıqlamada İsrail ordusunun Qəzza zolağında sutka ərzində törətdiyi hücumlarda daha 32 fələstinlinin həyatını itirdiyi, 139 fələstinlinin isə yaralandığı bildirilib.

İsrailin oktyabrın 7-dən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayının 37 658-ə, yaralıların sayının isə 86 237 nəfərə yüksəldiyi qeyd edilib.

 



Әlaqәli Xәbәrlәr