Almaniyada 2023-cü ildə müsəlmanlara qarşı neçə hadisə qeydə alınıb?

Almaniyada fəaliyyət göstərən İslam və Müsəlman Düşmənliyinə Qarşı Alyansın (CLAİM) hazırladığı hesabatda bildirilir ...

2155855
Almaniyada 2023-cü ildə müsəlmanlara qarşı neçə hadisə qeydə alınıb?

 

  Almaniyada fəaliyyət göstərən İslam və Müsəlman Düşmənliyinə Qarşı Alyansın (CLAİM) hazırladığı hesabatda ölkədə hər gün orta hesabla 5-dən çox anti-müsəlman hadisəsinin baş verdiyi bildirilib.

  Ötən il ümumilikdə 1926 anti-müsəlman hadisəsi qeydə alınıb və onlardan təxminən 90-nı məscid, müsəlman qəbiristanlığı və restoran kimi yerlərə hücumlardır.

  Müsəlmanlara qarşı 1926 irqçi hadisənin sayı 2022-ci ilə nisbətən 114 ədəd artıb. Bu vəziyyət son dərəcə narahatedici prosesdir.

  Qeydə alınmayan hallar daha çoxdur.

  Hesabatda daha sonra yazılır: “İnsanlar müsəlman olduqları üçün hədəfə alınırlar. Bu hallar İsrailin Qəzzaya hücumlarının başladığı 7 oktyabr 2023-cü il tarixindən sonra sürətlə artıb. Təkcə 7 oktyabr - 31 dekabr arasında müsəlmanlara qarşı 679 hadisənin qeydə alınıb. Baş verən hadisələrdən zərər çəkənlərin 62 faizi qadınlardır".

  CLAİM-in direktoru Rima Hanano sözügedən mövzu ilə bağlı deyib: “2023-cü ildə müsəlmanlara qarşı hücumlar və ayrı-seçkilik böyük dərəcədə artıb. Küçələr, avtobuslar və məscidlər belə artıq müsəlmanlar üçün təhlükəsiz yerlər deyil."



Әlaqәli Xәbәrlәr