Livan "İsrailin pozuntularını dayandırmağa" çağırıb

Livan parlamentinin sədri Nəbih Berri BMT TŞ qətnaməsinə məhəl qoymayaraq İsrailin həyata keçirdiyi sərhəd pozuntularının dayandırılmasını istəyib.

2031049
Livan "İsrailin pozuntularını dayandırmağa" çağırıb

Livan parlamentinin sədri Nəbih Berri Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) qətnaməsinə məhəl qoymayaraq İsrailin həyata keçirdiyi sərhəd pozuntularının dayandırılmasını istəyib.
Livanın rəsmi agentliyi NNA-da yer alan xəbərə görə, Berri ABŞ prezidenti Co Baydenin enerji və infrastruktur üzrə baş müşaviri Amos Hoxşteyn və ABŞ-ın Beyrutdakı səfiri Dorah Şianı paytaxt Beyrutdakı ofisində qəbul edib.

Görüş zamanı Berri və Hoxşteyn 2022-ci il oktyabrın 31-dən bəri seçilə bilməyən prezidenti, Livanın ərazi sularında qaz yatağında aparılan qazma işlərini və ölkənin ümumi vəziyyətini müzakirə ediblər.

Berri ABŞ nümayəndə heyəti ilə görüşündə İsraili BMT Təhlükəsizlik Şurasının Livanın cənub sərhədlərinin qorunmasını təmin edən 1701 saylı qətnaməsini pozmağı dayandırmağa çağırıb və Livanın bütün torpaqları üzərində suverenliyini təmin etməkdə qərarlı olduğunu qeyd edib.

Hoxşteyn Berri ilə çox konstruktiv görüş keçirdiklərini bildirib.

Baydenin müşaviri Hoxsteyn təmaslarını sabah Beyrutda davam etdirəcək.

Hokşteynin Beyruta 2023-cü ilin aprelindən bəri BMT-nin Livan Müvəqqəti Sülhməramlı Qüvvələrinin nəzarətində olan “Mavi xətt” sərhədi ilə bağlı Livan və İsrail arasında yaranmış gərginliyi müzakirə etmək üçün gəldiyi bildirilir.



Әlaqәli Xәbәrlәr