Dmitri Peskov Kosova ilə Serbiya arasındakı gərginliyə toxunub

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiyanın Kosovo ilə Serbiya arasındakı gərginliyə “dağıdıcı təsir göstərməsi” ilə bağlı ittihamları rədd edib.

1924825
Dmitri Peskov Kosova ilə Serbiya arasındakı gərginliyə toxunub

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiyanın Kosovo ilə Serbiya arasındakı gərginliyə “dağıdıcı təsir göstərməsi” ilə bağlı ittihamları rədd edib.

Peskov “Atılan addımlar mövzusunda Belqradı dəstəkləyirik” deyib. 

Paytaxt Moskvada jurnalistlərə açıqlama verən Peskov Serbiya ilə Kosovo arasında artan gərginliyə toxunaraq, gərginliklə bağlı bölgədən Rusiyaya qarşı irəli sürülən ittihamları qəbul etmədiklərini bildirib. 

"Serbiya suveren ölkədir və burada Rusiyanın dağıdıcı təsirini axtarmaq düzgün deyil. Serbiya təbii olaraq çətin şəraitdə yaşayan serblərin hüquqlarını qoruyur və bu hüquqlar pozulduqda sərt reaksiya verir", -deyə Peskov qeyd edib.

Rusiyanın hadisələri yaxından izlədiyinə diqqət çəkən Peskov "Serblərin hüquqlarının necə təmin olunduğu ilə bağlı prosesi yaxından izləyirik. Atılan addımlarda Belqradı dəstəkləyirik" deyib.

Xatırladaq ki, keçmiş serb polisi Deyan Pantiçin saxlanılmasından sonra Kosovo ilə Serbiya arasında gərginlik artıb.

Pantiçin saxlanmasına reaksiya verən Kosovo serbləri dekabrın 10-dan Jarinje və Bernjak sərhəd keçid məntəqələrində qurduqları barrikadalarda keşik çəkirlər.

Serbiya 2008-ci ildə birtərəfli qaydada müstəqilliyini elan edən Kosovonu öz ərazisi hesab edir.



Әlaqәli Xәbәrlәr