Vladimir Putin gündəmdəki aktual mövzuları qiymətləndirib

Rusiya prezidenti Vladimir Putin deyib: “Nə qədər ki, nüvə silahı mövcuddur, onlardan istifadə təhlükəsi həmişə var”.

1898752
Vladimir Putin gündəmdəki aktual mövzuları qiymətləndirib

Rusiya prezidenti Vladimir Putin deyib: “Nə qədər ki, nüvə silahı mövcuddur, onlardan istifadə təhlükəsi həmişə var”.
Vladimir Putin paytaxt Moskvada təşkil edilən Beynəlxalq Valday Diskussiya Klubunun plenar iclasında iştirak edib və gündəmdəki aktual məsələlərlə bağlı açıqlamalar verib.
Son günlərdə müzakirə olunan nüvə müharibəsinin başlanıb-başlanmayacağı ilə bağlı sualı cavablandıran Vladimir Putin deyib: “Nə qədər ki, nüvə silahı mövcuddur, onlardan istifadə təhlükəsi həmişə var''.
Çirkli bombanın harada hazırlandığını  belə bildiklərini və Ukraynada mövcud texnologiyaların buna imkan verdiyini ifadə edən Vladimir Putin nüvə bombasının Toçka-U raketinə və ya başqa bir raketə yüklənəcəyini, bunun da Rusiyanın üzərinə atılacağını bildirib.
"Ukraynaya nüvə silahlarla hücum etməyə ehtiyacımız yoxdur. Bunun nə siyasi, nə də hərbi mənası var", - deyə Vladimir Putin qeyd edib.



Әlaqәli Xәbәrlәr