Avropa məhkəməsi Saakaşvilini müdafiə etmədi

Məhkəmənin bəyanatında deyilir ...

2144004
Avropa məhkəməsi Saakaşvilini müdafiə etmədi

 

  Avropa İnsan Haqları Məhkəməsi Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin işində ədalətli mühakimə pozuntusunun aşkar edilmədiyini bəyan edib.

  Məhkəmənin məlumatına görə, Saakaşvilinin məhkəməsi zamanı müttəhimin məhkəmədə olmaq, şahidlərin dindirilməsi, qanunsuz cəza prinsipləri pozulmayıb.

  Mixail Saakaşvili 2005-ci ildə parlament üzvünə hücum etmək və 2008-ci ildə qətldə şübhəli bilinən Daxili İşlər Nazirliyinin 4 yüksək rütbəli əməkdaşını əfv etmək ittihamı ilə ona qarşı qaldırılan işlərə etiraz etmək üçün Avropa İnsan Haqları Məhkəməsinə müraciət etmişdi.

  Məhkəmənin bəyanatında deyilir: “Cənab Saakaşvili qabaqcadan görməli idi ki, öz əfv səlahiyyətindən istifadə edərək qətl işində ədalətin gedişatını pozmaq Gürcüstan qanunlarına görə cinayət məsuliyyətinə səbəb olacaq”.

  M.Saakaşvilinin Gürcüstan siyasətində iştirakının əngəllənməsinə görə etdiyi şikayəti də məhkəmə “ciddi və əsaslı ittihamlar səbəbi”lə rədd edib.

  Xatırladaq ki, Gürcüstanın keçmiş prezidenti Mixael Saakaşvili 2021-ci ilin 1 oktyabrından həbsdədir. Gürcüstanın indiki administrasiyası ona qarşı bir neçə cinayət işi açıb. Bu işlərin ikisinə Saakaşvili ölkəsinə qayıtmazdan əvvəl baxılıb. Digər üç iş hələ davam edir.

  Saakaşvili bildirir ki, ona qarşı irəli sürülən ittihamlar və məhkəmə qərarları siyasi mənbəyə malikdir və onun Gürcüstan hakimiyyətinə müxalifət fəaliyyətilə bağlıdır.



Әlaqәli Xәbәrlәr