Volodimir Zelenski İzyum şəhərinə səfər edib

Vlolodimir  Zelenski İzyum Şəhər Şurasının binası qarşısında Ukrayna bayrağının qaldırılması mərasimində iştirak edib.

1879945
Volodimir Zelenski İzyum şəhərinə səfər edib

Ukrayna prezidenti Volodimir Zelenski  Rusiya qoşunlarından azad olunan İzyum şəhərinə gedib.
Vlolodimir  Zelenski İzyum Şəhər Şurasının binası qarşısında Ukrayna bayrağının qaldırılması mərasimində iştirak edib.
Səfər çərçivəsində müharibə nəticəsində həyatını itirənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra isə Ukrayna bayrağı qaldırılıb. Mərasimdən sonra jurnalistlərin  suallarını cavablandıran Volodimir Zelenski Rusiyanın 2014-cü ildə qanunsuz olaraq ilhaq etdiyi Krım sakinlərinə mesaj göndərib.
Krım sakinlərinin 8 ildir böyük faciə yaşadıqlarını bildirən Volodimir Zelenski deyib: "Krım sakinlərinə mesajım odur ki, biz gələcəyik. 8 ildir Rusiya televiziyasında aparılan təbliğat bizim üçün heç bir əhəmiyyət kəsb etmir. Biz bilirik ki, həqiqət bizim tərəfimizdədir. Bu o deməkdir ki, biz Krıma gələcəyik.Bilmirəm nə vaxt. Heç kim bilmir amma planımız var. Çünki ora  bizim torpağımızdır və onlar da bizim xalqımızdır.Ona görə də gələcəyik".



Әlaqәli Xәbәrlәr