“Hamı sağlamlıq üçün, sağlamlıq hamı üçün” başlığı altında DSA

İsveçrənin Cenevrə şəhərində ÜST-ün 77-ci Ümumdünya Səhiyyə Assambleyası (DSA) keçirilir

2144945
“Hamı sağlamlıq üçün, sağlamlıq hamı üçün” başlığı altında DSA

 

  Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş Sudan və Qəzzada milyonlarla adamın müalicəsi mümkün olmayan yaralar və xəstəliklərdən ölüm riski ilə üzləşdiyini bildirib.

  İsveçrənin Cenevrə şəhərində keçirilən 77-ci Ümumdünya Səhiyyə Assambleyasının (DSA) açılışına videomüraciət göndərən A.Quttereş deyib: “DSA davam edən böhranlar nəticəsində zədələnmiş sağlamlıq üçün çox vacib tədbirdir.

  Sudan və Qəzzada milyonlarla adam təkcə güllə və bombalardan deyil, həm də müalicəsi mümkün olmayan yaralar və xəstəliklərdən ölmək riski ilə üzləşib. Səhiyyə xidmətlərinə edilən hücumlar baş katib olduğum dövrdə gördüklərimdən ən betərləridir.

  Qlobal miqyasda 20 milyondan çox uşaq rutin peyvənd almayıb. Danq qızdırması və temperaturun artması ilə bağlı digər xəstəliklərin çoxalması 2024-cü ildə 20-dən çox ölkədə epidemiyaya səbəb olub”.

  Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Leyen də DSA-ya videomüraciət göndərərək bildirib: “ÜST-ün Ümumdünya Səhiyyə Assambleyası dünyada sağlamlıq və rifahı təşviq etmək məqsədi ilə 200-dən çox ölkəni bir araya gətirib. Bu ölkələr çoxtərəflilik və həmrəylik mövzusunda qərarlıdır. Aİ-yə güclü müttəfiq və etibarlı tərəfdaş kimi etibar edə bilərsiniz”.

  “Hamı sağlamlıq üçün, sağlamlıq hamı üçün” başlığı altında təşkil edilən Ümumdünya Səhiyyə Assambleyası iyunun 1-də başa çatacaq. Tədbirdə “Covid-19” epidemiyası prosesindən əldə edilən dərslər, ÜST-ə üzv ölkələrin 2 ildir müzakirə etdikləri “pandemiya sazişi”, iqlim dəyişikliyinin sağlamlığa təsirləri və digər məsələlər müzakirə olunacaq.



Әlaqәli Xәbәrlәr