Səudiyyə Ərəbistanı 12 ildən sonra Suriyaya səfir təyin edib

SPA xəbər agentliyinin məlumatına görə, Səudiyyə Ərəbistanı Feysəl bin Səud əl-Mikfili Dəməşqə səfir olaraq təyin edib.

2144479
Səudiyyə Ərəbistanı 12 ildən sonra Suriyaya səfir təyin edib

Səudiyyə Ərəbistanı 12 ildən sonra Suriyanın paytaxtı Dəməşqə səfir təyin edib.
SPA xəbər agentliyinin məlumatına görə, Səudiyyə Ərəbistanı Feysəl bin Səud əl-Mikfili Dəməşqə səfir olaraq təyin edib.
Beləliklə, Feysəl bin Səud əl-Mikfil 12 illik fasilədən sonra Suriyaya təyin olunan ilk səfir olub.
Xatırladaq ki, Səudiyyə Ərəbistanı 2011-ci ildə Suriyada vətəndaş müharibəsi başlayandan təxminən bir il sonra Dəməşqdəki səfirliyini bağlamışdı.
Dəməşq rəhbərliyi 2023-cü il mayın 7-də Ərəb Liqasına qayıtmaq qərarına gəldikdən sonra Səudiyyə Ərəbistanı və Suriya diplomatik əlaqələrinin 9 may 2023-cü ildə bərpa olunduğunu açıqlayıb.
Suriya rəhbərliyi də 11 ildən sonra 2023-cü il dekabrın 6-da Səudiyyə Ərəbistanına səfir təyin etmişdi.



Әlaqәli Xәbәrlәr