Mali: “Danimarkalı əsgərlər dərhal ölkədən çıxarılsınlar”
Malidəki xunta administrasiyası ötən həftə Takuba sülh məramlı qüvvə tərkibində yerləşdirilmiş 100 əsgərin dərhal ölkədən çıxarılmasını tələb edib
![Mali: “Danimarkalı əsgərlər dərhal ölkədən çıxarılsınlar”](http://cdn.trt.net.tr/images/xlarge/rectangle/8a0b/e03d/853d/61ef95666b17f.jpg?time=1719309753)
Hökumət sözçüsü Abdoulaye Maiqa tərəfindən mövzu ilə əlaqəli açıqlama yayılıb. Bildirilib ki, Takuba missiyası qrupu tərkibində şərqi Menaka ərazisində yerləşdirilmiş Danimarka əsgərləri "dərhal" ölkədən çıxarılmalıdır. Danimarka ilə Mali arasında hərbi əməkdaşlıq müqaviləsinin olmadığı xatırladılan açıqlamada, sözügedən əsgərlərin Mali Respublikasından xəbərsiz əraziyə cəlb olunduqlarına diqqət çəkilib.
Qeyd edək ki, Takuba qüvvələri tərtibində Fransa, İsveç, Estoniya, İtaliya, Belçika, Hollandiya, Portuqaliya və Çexiyadan 500-ə qədər əsgər vəzifə icra edir. Fransanın yaxın müttəfiqləri Almaniya, İspaniya və İngiltərə 2020-ci ildə Saheldəki terror problemini aradan qaldırmaq və Fransanın Baxane əməliyyatını dəstəkləmək üçün qurulan Takubaya qoşulmaqdan imtina edirlər.
Әlaqәli Xәbәrlәr
![Kanadada meşə yanğını: həbsxana təxliyə olunub](http://cdn.trt.net.tr/images/medium/rectangle/3c9a/c2e1/d83c/66792654bf44a.jpg?time=1719309754)
Kanadada meşə yanğını: həbsxana təxliyə olunub
Kanadanın Kot-Nord bölgəsindəki “Port-kartier” yüksək təhlükəsizlikli həbsxana təxliyə edilib