Avropa İttifaqı Rusiyaya qarşı 14-cü sanksiya paketini qəbul etdi

Aİ Şurası Rusiyaya qarşı yeni sanksiyaları ehtiva edən 14-cü paketin rəsmən qəbul edildiyini açıqladı

2155446
Avropa İttifaqı Rusiyaya qarşı 14-cü sanksiya paketini qəbul etdi

 

  Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 14-cü sanksiya paketini qəbul edib.

  Aİ Şurası Rusiyaya qarşı yeni sanksiyaları ehtiva edən 14-cü paketin rəsmən qəbul edildiyini açıqladı. Bəyanatda bildirilir ki, yeni paket mövcud sanksiyalardakı hüquqi boşluqları bağlayacaq, sanksiyaların qırılmasını çətinləşdirəcək və enerji sahəsində yeni tədbirlər tətbiq edəcək. Paket müxtəlif sektoral tədbirlərlə yanaşı, Ukraynanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyini təhdid edən hərəkətlərə görə məsuliyyət daşıyan 116 şəxs və təşkilata da şamil edilir.   

  Rusiyanın mayeləşdirilmiş təbii qazının (LNG) üçüncü ölkələrə ötürülməsində Aİ obyektlərindən istifadənin qarşısı alınacaq. İttifaq Rusiya LNG-nin Aİ ərazisində yenidən yüklənməsi xidmətlərini qadağan edəcək.

  Rusiya hərbi sistemlərinin inkişafı üçün vacib olan malların üçüncü ölkələrdən alınmasına qarşı aşkarlama mexanizmləri tətbiq olunacaq.

  Rusiyaya yardım edən bir sıra gəmilərin Aİ limanlarına girişi qadağan ediləcək.

  Rusiyaya həm mülki, həm də hərbi texnologiya təmin edən 61 şirkət siyahıya salınıb. Bəziləri üçüncü ölkələrdə olan bu şirkətlərə ixrac məhdudiyyətləri qoymaq üçün daha sərt tədbirlər görüləcək.

  Bu paketlə Aİ ilk dəfə olaraq Rusiyanın LNG tədbirlərini məhdudlaşdırır.

  Qeyd edək ki, 2022-ci ildən bəri Ukrayna ilə davam edən müharibəyə görə Aİ Rusiyaya qarşı ticarət, maliyyə, enerji, sənaye, texnologiya, nəqliyyat, ikili təyinatlı və lüks mallar, o cümlədən neft və kömür, eləcə də qızıl və brilyanta qarşı məhdudiyyətlər tətbiq edib.



Әlaqәli Xәbәrlәr