Qəzza zolağında nə qədər uşaq itkin düşüb?

Böyük Britaniyanın "Save the Children" beynəlxalq qeyri-hökumət təşkilatının verdiyi açıqlamada bildirilir ...

2155461
Qəzza zolağında nə qədər uşaq itkin düşüb?

 

  İsrailin 2023-cü ilin 7 oktyabrından bəri hücumlar törətdiyi Qəzza zolağında 21 minə yaxın uşaq itkin düşüb.

  Böyük Britaniyanın "Save the Children" beynəlxalq qeyri-hökumət təşkilatının verdiyi açıqlamada bildirilir: “İsrailin Qəzzanın cənubundakı Rəfah bölgəsində artan hücumları üzündən ailələrindən ayrı düşən uşaqların sayı artıb, müdafiəsiz qalaraq təzyiqlərə məruz qalırlar.

  Qəzzada təxminən 17 min uşaq ailəsindən ayrı düşərək yoxa çıxıb. Təxminən 4 min uşaq dağıntılar altında, kütləvi məzarlıqlarda və adsız qəbiristanlıqladır.

  Naməlum sayda uşaq ya nəzarətdə saxlanılır, ya da Qəzzadan çıxarılıb.

  İsrailin hücumları zamanı dağıntılar altında qalan və ya çadırlarda yandırılaraq ölənlərin cəsədləri tanınmaz hala düşüb, şəxsiyyətlərini müəyyənləşdirmək çətinləşib.

  Fələstinin Qəzzadakı Səhiyyə şöbəsinin məlumatına görə, İsrailin hücumları nəticəsində 15 mindən çox uşaq həyatını itirib ki, onların təxminən yarısının şəxsiyyətini müəyyən etmək mümkün olmayıb.

  Kütləvi məzarlıqlarda basdırılan uşaqlarda işgəncə izləri var.

  İyunun 9-na kimi İordan çayının qərb sahilindən təxminən 250 uşaq İsrailin həbs sistemində itkin düşüb. Onların ailələri bu xəbəri təsdiq edəcək vəziyyətdə deyil. 2023-cü ilin oktyabrından səfərlərə qoyulan məhdudiyyətlərlə əlaqədar onlar övladlarının harada olması və ya sağlıq vəziyyətilə bağlı heç nə öyrənə bilmirlər”.  



Әlaqәli Xәbәrlәr