Boris Conson növbədənkənar seçkilərdə istədiyi nəticəni əldə etdi

Böyük Britaniyanın Mühafizəkarlar Partiyası parlamentin icmalar palatasında çoxluqla təmsil olunmaq hüququ qazanıb.

1322803
Boris Conson növbədənkənar seçkilərdə istədiyi nəticəni əldə etdi

Növbədənkənar parlament seçkilərinin bülletenlərindən çıxan nəticələrə əsasən məlumat yayıb.

Baş nazirin rəhbərlik etdiyi Mühafizəkarlar Partiyası özünü lazım olan 337 deputat mandatı ilə təmin edib. Bu nəticə Boris Conson və onun partiyasına digər mövqeləri nəzərə almadan gündəliyi formalaşdırmağa imkan verəcək.

ötən gün keçirilən növbədənkənar parlament seçkilərinin nəticəsinə əsasən, partiyası mütləq səs çoxluğu ilə qələbə qazanan Boris Conson qələbə nitqi ilə çıxışında: “Milli Səhiyyə Xidmətinin maliyyələşməsi artırılacaq. “Brexit”ə keçidi “amma”, “əgər” olmadan təmin edəcəyik. Biz bunu nail ola bildik. Yeni günün yeni şəfəqləri yetişdi. Sizin dəstəyinizi haqqım kimi yox, mənə etibar edilən kredit kimi dəyərləndirirəm”, - Boris Conson qələbə nitqində deyib.

 

 

 



Әlaqәli Xәbәrlәr