Venesuelada başladılan imza kampaniyası

Venesuelada Dövlət Başçısı Nicolas Maduro ilə müxaliflər arasında siyasi böhranı həll etmək üçün Meksika və Uruqvay tərəfindən başladılan dialoq cəhdləri davam edir.

1141409
Venesuelada başladılan imza kampaniyası

Ancaq Dövlət Başçısı Nicolas Maduro atılan bu addımlara Amerika Birləşmiş Ştatları prezidenti Donald Tramp tərəfindən maneə tərədildiyini bildirib.

Venesuelada ABŞ və bölgə ölkələrinin hərbi və siyasi müdaxiləsi qarşısında təşkil edilən "Hands Off Venezuela" (Venesueladan əllərini çək) imza kampaniyasına ölkənin bütün şəhərlərində maraq artaraq davam edir.

Paytaxt Karakasın tarixi mərkəzindəki Bolivar Meydanında başladılan imza kampaniyasına Dövlət Başçısı Maduro, həyat yoldaşı Cilia Flores ilə qatıldı.

Maduro burada etdiyi çıxışında: “Sülh üçün, Venesuelanın müqəddəs suverenliyi və öz müqəddəratını təyin etmə haqqını müdafiə üçün kampaniyaya qatıldım. Venezuelaya hörmət göstərin. Venesuela gələcəyini müəyyənləşdirəcək günlər yaşayır. Mənə qarşı cəhd edilən çevriliş uğurlu olmadı. ABŞ Venesuelanı demokratiya və azadlıq adına hədəf götürdüyünü irəli sürür. Lakin bu doğru deyildir. Venesuelada prezident postunun qəsb edilməsi, İraqda kütləvi qırğın silahlar var dedikləri qədər yalandır. Bəlkə də bizim ideologiya və ya perspektivimiz sizə zidd ola bilər, ancaq biz varıq və tək yox milyonlar qədərik. Müxalifətə müraciət edirəm, ölkəmizin yaxşılığı üçün gəlin müzakirə stoluna oturun. Bunu qəbul etməmək gücdən istifadə mənasını verir. ABŞ başda olmaqla beynəlxalq bir koalisiya yaradıldı. Bu ölkələrin yegani hədəfi Venesuelanın neft və digər sərvətlərini ələ keçirməkdir. Ölkəmizdə humanitar böhran yoxdur” –deyə Maduro vurğulayıb.

 



Әlaqәli Xәbәrlәr