İsrail Qəzzaya ağır zərbələr endirdi, ölənlər var

İsrailin Qəzza şəhərindəki yaşayış binasına endirdiyi hava zərbəsi nəticəsində  7 fələstinli həlak olub.

2152773
İsrail Qəzzaya ağır zərbələr endirdi, ölənlər var

İsrailin Qəzza şəhərindəki yaşayış binasına endirdiyi hava zərbəsi nəticəsində  7 fələstinli həlak olub.
Qəzza zolağındakı Mülki Müdafiə Xidməti İsrailə məxsus döyüş təyyarəsinin Nafak küçəsindəki bir mənzili bombalaması nəticəsində 3-ü uşaq və 3-ü də qadın olmaqla 7 fələstinlinin öldüyünü və çox sayda adamın yaralandığını bildirib.
Şahidlərin məlumatına görə, mülki müdafiə qrupları dağıntılar altında axtarış-xilasetmə əməliyyatlarını davam etdirir.
İsrail artilleriya bölmələri isə Qəzza şəhərinin cənub-şərqindəki Zeytun rayonundakı əraziləri və evləri bombalamağa davam edib.
İsrailin hücumu nəticəsində bir çox ev və iş yerində yanğın baş verib.
''Həmas'' hərəkatının silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları dünən Qəzza şəhərinin Zeytun rayonuna daxil olan  İsrail qüvvələri ilə şiddətli qarşıdurmanın yaşandığını açıqlayıb.
Qəzzadakı Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, 2023-cü il oktyabrın 7-dən etibarən  İsrailin Qəzza zolağına təşkil etdiyi hücumlarda 37 232 nəfər ölüb, 85 037 nəfər də yaralanıb.
Məlumatda dağıntılar altında və yol kənarında hələ də ölülərin olduğu, lakin İsrail əsgərlərinin maneəsi səbəbindən tibbi qrupların və mülki müdafiə işçilərinin cəsədlərin olduğu bölgəyə daxil ola bilmədiyi vurğulanıb.



Әlaqәli Xәbәrlәr