Fransanın sabiq prezidenti Nikola Sarkozi ötən gecəni Parisdə evində keçirdi

Bu gün yerli vaxtla saat 08.00-da Sarkozi yenidən ifadə vermək üçün Nanter şəhərində yerləşən Korrupsiya, maliyyə və vergi pozuntuları ilə mübarizə üzrə Mərkəzi İdarəyə aparılıb.

934490
Fransanın sabiq prezidenti Nikola Sarkozi ötən gecəni Parisdə evində keçirdi

2007-ci ildə seçki kampaniyasının qanunsuz maliyyələşdirilməsi ilə bağlı aparılan istintaq çərçivəsində ifadə vermək üçün dünən saxlan Fransanın sabiq prezidenti Nikola Sarkozi ötən gecəni Parisdə evində keçirib.

"Europe 1" radiosunun məlumatınaa görə, bu gün yerli vaxtla saat 08.00-da Sarkozi yenidən ifadə vermək üçün Nanter şəhərində yerləşən Korrupsiya, maliyyə və vergi pozuntuları ilə mübarizə üzrə Mərkəzi İdarəyə aparılıb.

Fransa qanunvericiliyinə əsasən, Sarkozi 48 saata qədər saxlana bilər. Bu müddətdən sonra isə ya ona qarşı ittiham irəli sürülməli, yaxud da ittiham irəli sürülmədən azadlığa buraxılmalıdır.

Qeyd edək ki, dünən Fransanın sabiq prezidenti Sarkozi ilə bərabər onun prezidentliyi dövründə bir sıra nazir postlarını tutmuş Bris Ortyefyo da saxlanılıb. N. Sarkozi və B. Ortyefyo sabiq prezidentin  seçki kampaniyasının 2007-ci ildə Liviya tərəfindən qanunsuz maliyyələşdirilməsi ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılıb. Nanter şəhərində Korrupsiya, maliyyə və vergi pozuntuları ilə mübarizə üzrə Mərkəzi İdarəsində hər iki şəxsin ifadəsi alınıb.



Әlaqәli Xәbәrlәr