Aleksey Navalnıyın prezidentliyə namizədliyi rədd edildi

Rusiyalı müxalif aktivist və "Korrupsiyaya Qarşı Mübarizə Fondu"nun qurucusu Aleksey Navalnıyın prezidentliyə namizədliyi qeydə alınmayacaq.

875784
Aleksey Navalnıyın prezidentliyə namizədliyi rədd edildi

Rusiyalı müxalif aktivist və "Korrupsiyaya Qarşı Mübarizə Fondu"nun qurucusu Aleksey Navalnıyın prezidentliyə namizədliyi qeydə alınmayacaq.

 Rusiya Mərkəzi Seçki Komissiyası bu barədə açıqlama verib.

Rusiya MSK bunu Navalnıyın məhkumluğu ilə əlaqələndirib.

Qeyd edək ki, Rusiya qanunvericiliyində dələduzluğa görə həbsə məruz qalan birinin seçkilərdə namizəd kimi iştirakı istisna olunur, Navalnıy isə 2014-cü ildə məhz bu ittihamla həbsə atılmışdı.



Әlaqәli Xәbәrlәr