Məşhur stilist Almaniya kanslerini nasistə bənzətdi

Dünya səviyyəsində məşhur olan alman stilisti Karl Lagerfeld bir televiziya proqramında Almaniya kansleri Angela Merkelin yürütdüyü siyasəti nasistlərin yəhidilərə tətbiq etdiyi soyqırım ilə müqayisə etdi

847379
Məşhur stilist Almaniya kanslerini nasistə bənzətdi

Dünya səviyyəsində məşhur olan alman stilisti Karl Lagerfeld bir televiziya proqramında Almaniyanın qaçqınlara aid "açıq qapı" siyasətini tənqid edərək, Almaniya kansleri Angela Merkelin yürütdüyü siyasəti nasistlərin yəhidilərə tətbiq etdiyi soyqırım ilə müqayisə etdi. 

Bu, tamaşaçıların sərt reaksiyasına səbəb oldu, yüzlərlə tamaşaçı şikayət etdi.

Hal-hazırda Fransada yaşayan 84 yaşlı almaniyalı stilist qalmaqal yaradan müqayisəni Fransanın C8 kanalının  'Salut les Terriens!' (Salam, Dünya Vətəndaşları) adlı söhbət verilişində etdi.

Lagerfeld:" İki hadisə arasında on illərlə zaman məsafəsi olsa da, milyonlarla yəhudini öldürdükdən sonra yerlərinə ən pis düşmənlərini gətirə bilməzsiniz. Almaniyada gənc bir suriyalını yanına alan və 4 gündən sonra:" Almanların kəşf etdiyi ən yaxşı şey yəhudi sayqırımı idi" deyən birini tanıyıram" dedi.

2015-ci ildə, Avropada qaçqın böhranının ən şiddətli  zamanında Merkel suriyalı sığınmaçıların ölkəyə girməsinə yaşıl işıq yandırmış, Almaniyaya 1 milyondan çox qaçqını qəbul etmişdi.

Lagerfeld:" Merkel çoxdan milyonlarla qaçqını qəbul etmişdi. Bunlar yaxşı inteqrasiya olmuş, işləyən insanlar idi. Yunanıstandakı iqtisadi böhrandan sonra pis ögey ana obrazını daha da inkişaf etdirmək üçün əlavə olaraq milyonlarla qaçqını  qəbul etməsinə lüzum yox idi" ifadələrini işlətdi.

Merkelin atasının Şərqi Almaniyada protestan keşiş olduğunu da xatırladan Lagerfeld: "İnsan haqları ölkəsi Fransaya baxın. Bimirəm neçə qaçqın aldılar, 10 minmi, yoxsa 20 minmi?" dedi.

Proqramdan sonra yüzlərlə insan Fransa Televiziya və Radio Yayımları Ali Nəzarət Şurasına (CSA) şikayət etdi.

Təxminən 700 şikayət alan Şura qərar qəbul etməzdən əvvəl proqramı təftiş edəciyini bildirdi.

 

 

 

 

 



Әlaqәli Xәbәrlәr