Çinin cənubunda şiddətli yağışlar səbəbindən "sarı" həyəcan siqnalı verildi

Çinin cənubunda gözlənilən şiddətli yağışlar üçün "sarı" həyəcan siqnalı"verildi.

800572
Çinin cənubunda  şiddətli yağışlar səbəbindən "sarı" həyəcan siqnalı verildi

 Çin Milli Meteorologiya Mərkəzi (NMC) ölkənin cənubundakı Guangdong, Fucien, Ciangşi, Hunan, Guicou, Yunan və Sıçuan əyalətləri ilə Guangşi Cuang Muxtar Bölgəsində sabaha qədər yağması proqnozlaşdırılan  leysan yağışlar səbəbindən "sarı" həyəcan siqnalının verildiyini bildirdi.
 
 Leysan yağışları Çinin cənubunda  torpaq sürüşməsi və selə çevrilərək həyati təhlükə yarada bilər.
 
 Ölkənin Sıçuan və Guicou əyalətlərində iki gün əvvəl yağan leysan yağışlarının təkan verdiyi torpaq sürüşməsi  nəticəsində 9 nəfər həyatını itirib.

Çin Milli Meteorologiya Mərkəzi  dünən də Çinin cənubunda "Mavar" tufanı üçün "sarı həyəcan siqnalı" verildiyini bildirdi.
 
 Çində "mavi", "narıncı", "sarı" və "qırmızı" həyəcan siqnallarından ibarət dörd səviyyəli həyəcan sistemi mövcuddur.
 



Әlaqәli Xәbәrlәr