Torpaq sürüşməsi nǝticǝsindǝ 50 nǝfǝr hǝyatını itirib

Konqo Demokratik Respublikasında torpaq sürüşməsi nǝticǝsindǝ 50 nǝfǝr hǝyatını itirib.

639581
Torpaq sürüşməsi nǝticǝsindǝ 50 nǝfǝr hǝyatını itirib

Ölkənin qərbindəki Mərkəz Konqo əyalətinin qeyri-hökumət təşkilatları koordinatoru Valentin Vang Ndunginin mǝlumatına görǝ Boma şəhərində baş verǝn torpa sürüşmǝsinǝ leysan yağışları sǝbǝb olub.

 Axtarma –xilasetmǝ fǝaliyyǝtlǝrinin davam etdiyini ifadǝ edǝn Ndungi ölü sayının artabilǝcǝyini qeyd edib.

Səhiyyə Nazirliyinin rǝsmilǝrindǝn Therese Mambu da fǝlakǝtin Kalamun və Bangui çaylarının daşması sǝbǝbiylǝ meydana gǝldiyini irǝli sürüb.

Qeyd edǝk ki, 2016-cı ildǝ Konqo Respublikasında sel və torpaq sürüşmǝsi səbəbiylə 100 nǝfǝr hǝyatını itirib, minlərlə insan evsiz qalıb.



Әlaqәli Xәbәrlәr