Müdrik rəhbər kimi xatırlanan Aliya İzzətbəyoviç

Müstəqil Bosniya Herseqovinanın ilk prezidenti, mərhum Aliya İzzətbəyoviç ölümünün 13-cü ilində dualarla yada salındı, mübarizəsi, şəxsiyyəti və fikri mirası vurğulandı.

593691
Müdrik rəhbər kimi xatırlanan Aliya İzzətbəyoviç

  Bosniya Herseqovinanın ilk prezidenti, “Müdrik kral” Aliya İzzətbəyoviçin ölümündən 13 il keçir. Onu Sarayevoda Kovac Şəhidliyindəki məzarı başında yad etdilər. Bosniya və Herseqovina hökumət adamlarıyla yanaşı digər ölkələrin də diplomatik nümayəndələri xatirə mərasimində idilər.  

  Oxunan Quran və dualardan sonra Bosniyanın qəhrəman komandiri Naser Oriç Aliya İzzətbəyoviçdən həm siyasət və fikir adamı, həm də cəsur bir əsgər kimi bəhs etdi.

  Türkiyənin Bosniya Herseqovina üzrə səfiri Cihad Erginay da çıxış edərək Aliya İzzətbəyoviçin böyüklüyülə bağlı danışdı.

  Qeyd edək ki, 1925-ci ildə doğulan, Bosniya Herseqovinanın ilk prezidenti Aliya İzzətbəyoviç 2003-ci ildə 78 yaşında dünya ilə vidalaşıb.



Әlaqәli Xәbәrlәr